Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 04 Sen 2018 20:24:27 251 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi açıqlanıb.

Bakı. Çaylarda suyun səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 45 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 10,5 m3/s təşkil edərək ongünlük normanın 14 faizinə bərabər olub.