Məhkəmədə qalib gələn Nazənin:


Şou-biznes 04 Sen 2018 19:54:00 262 0

Məhkəmədə qalib gələn Nazənin:

https://az.baku.ws/show-business/49338-mhkmd-qalib-gln-naznin-yoldamdan-qisas-almaq-ucun-vdeo.html

Müğənni Nazənin ATV-də yayımlanan "Ulduzlu yayım" verilişinin qonağı olub. 

Son.az baku.ws-ya istinadən xəbər verir ki, Nazənin verilişdə ad çəkmədən həmkarı Təranə Qumraldan danışıb. 

Müğənni bunları deyib:

"Bu, olmamalı idi, amma oldu. Hamı bilir ki, kim-kimdir. İstəmərəm yenə artıq söz danışım. Susuram, çünki insanlar məni, mənim ailəmi, qarşı tərəfi də gözəl tanıyırlar. İndiki zamanda heç nəyi gizlətmək olmur. Mən özümü tamaşaçılarımın gözündən salmaq istəmirəm. Danışsam, gərək mən onu təfsilatı ilə danışım, onda da aləm dəyəcək bir-birinə. Onun mənimlə nə işi ola bilərdi ki. Onun yoldaşımla problemləri oldu. O da yoldaşımdan qisas almaq üçün çıxıb mənə söz atdı efirlərdə. Mən özümü saxlayıram, danışmayım, çünki başımın üstündə sahibim, yiyəm var. Ona görə də o barədə danışmaq istəmirəm".