Rusiyadakı erməni oliqarxlara Kremldən çox sərt xəbərdarlıq FOTO


Dünya 04 Sen 2018 19:30:00 269 0

Rusiyadakı erməni oliqarxlara Kremldən çox sərt xəbərdarlıq  FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə heç bir problemin olmadığını desə də bu münasibətlər pisləşməkdə davam edir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyanın hökuməti ilə Rusiyanın münasibətlərinin kifayət qədər pis olması barədə növbəti məlumat "İravnuk" ("Haqq") qəzetində dərc edilib.

Qəzeti məlumatlandıran mənbənin bildirdiyinə görə Rusiya rəhbərliyi KTMT-nin Baş katibi Yuri Xaçaturovun İrəvana çağırılmasını və orada ona ittiham elan edilməsini Paşinyana bağışlamayıb. Xəbər verildiyi kimi Xaçaturovun barəsində ev dustaqlığı qərarı verilib, amma Rusiyanın güclü təzyiqlərindən sonra ona Moskvaya qayıtmağa icazə veriblər.

Mənbənin bildirdiyinə görə Xaçaturova görə qəzəbdən əlavə Rusiyada işlərən erməni oliqarxlara ən yüksək səviyyədə xəbərdarlıq olunub. Onlara tapşırılıb ki, Ermənistan hökumətinə bir qəpik də vermək olmaz.