Qaxda tütün sexi yandı


Digərləri 04 Sen 2018 19:04:00 266 0

Qaxda tütün sexi yandı

Qaxda tütün sexi yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Şotavar kəndində ümumi sahəsi 80 kv.m olan tikilinin (tütün qurutma sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 40 kv.m sahədə və içərisində olan 1,2 ton tütünün 1 tonu yanıb.

Tikilinin və tütünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​