Türkiyədən qaçaqmalçılıqla gətirilən xəz kürklər saxlanıldı


Digərləri 04 Sen 2018 18:32:00 303 0

Türkiyədən qaçaqmalçılıqla gətirilən xəz kürklər saxlanıldı

Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Son.az bildirir ki, bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xəz geyimlərinin Türkiyədən qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə hava nəqliyyatı vasitəsilə Bakı şəhərinə gətirilməsi haqqında əməliyyat məlumatı daxil olub.

Bu məlumat əsasında, Naxçıvan-Bakı aviareysilə gələn yükü qarşılayan Azərbaycan vətəndaşı Cehrun Əliyev gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb. Vətəndaş həmin aviareyslə gələn baqajı qəbul edərkən saxlanılıb. Üç ədəd qutu və iki ədəd çantadan ibarət olan baqaj yoxlanılarkən cəmi 64 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb.


Xəbərə aid fotolar