Kim Çen In hara yoxa çıxıb?


Dünya 04 Sen 2018 18:24:00 233 0

Kim Çen In hara yoxa çıxıb?

Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In artıq 15 gündür ki, ictimaiyyət qarşısına çıxmır.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Renhap" agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, Şimali Koreya KİV-də Kim Çen Inla bağlı son xəbər avqustun 21-də dərc olunub. 

Prezidentin "yoxa çıxması"na xüsusi əhəmiyyət verən hadisə isə sentyabrın 8-də Şimali Koreyanın əsasının qoyulmasının 70-ci ildönümü olmasıdır.