İraq millisinə sloveniyalı baş məşqçi


İdman 04 Sen 2018 18:28:00 244 0

İraq millisinə sloveniyalı baş məşqçi

İraq yığmasının yeni baş məşqçisi müəyyənləşib. Goal.az xəbər verir ki, milli komandanı bundan sonra sloveniyalı mütəxəssis Sreçko Kataneç çalışdıracaq. Bu barədə İraq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 55 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.Kataneç son olaraq Sloveniya yığmasını çalışdırıb. O, 2017-ci ildə bu komandadan ayrılandan bəri işsiz idi.

Sloveniyalı məşqçi karyerası ərzində Makedoniya və BƏƏ yığmalarını da çalışdırıb.