Bakı Olimpiya Stadionunda yeniliklər həyata keçirilib (FOTO)


Digərləri 04 Sen 2018 18:16:24 269 0

Bakı Olimpiya Stadionunda yeniliklər həyata keçirilib (FOTO)

Milllətlər Liqasının oyunları bu dəfə fərqli əməliyyat protokolları çərçivəsində - UEFA Avropa Liqası 2019 Final oyununun qaydaları əsasında keçiriləcək.

Bakı. Bakı Olimpiya Stadionunda (BOS) yeniliklər həyata keçirilib. Trend-in BOS-un saytına istinadən məlumatına görə, Milllətlər Liqasının oyunları bu dəfə fərqli əməliyyat protokolları çərçivəsində - UEFA Avropa Liqası 2019 Final oyununun qaydaları əsasında keçiriləcək. Yekun protokol qaydaları UEFA, AFFA, Yerli Əməliyyat Komitəsi və Bakı Olimpiya Stadionu tərəfindən nizamlanaraq təsdiq ediləcək və oyun təşkilatçılığının bütün sahələrində tətbiq ediləcək. Bundan sonra azarkeşlər və digər müştəri qrupları ( KİV nümayəndələri, VİP qonaqlar, könüllülər) yeni quraşdırılmış turniketlər vasitəsi ilə stadiona daxil olacaqlar. Sözügedən avadanlıqların əməliyyat sistemləri həm bar kodları, həm də radio tezlik identifikasiyasılarını oxuya biləcək. Turniketlərin məqsədi biletlərin yoxlanılmasını sürətləndirmək və azarkeşlərin öz bilet nöqtələrinə daha tez çatmasını təmin etməkdir. Əlilliyi olan şəxslərin də turniketlər vasitəsi ilə stadiona daxil ola biləcəyi də bu yeniliklərdəndir. Ümumilikdə 124 turniket quraşdırılmışdır ki, bunun 110-u ümumi istifadədə, 4-ü əlilliyi olan şəxslər üçün, qalan 10 turniket isə VİP zonalardadır. Əlavə olaraq, girişlərin yerləşməsi də dəyişdirilmişdir. Belə ki, əvvəllər tamaşaçı girişləri qütblərə uyğun adlanırdısa (Şimal, Cənub, Şərq və Qərb), indi isə bu yerləşmə rənglərə (qırmızı, göy, sarı, yaşıl) görə, qapı nömrələri isə 1-dən 22-ə qədər dəyişəcəkdir. Bu yenilik qonaqların matç və digər tədbirlərdə stadiona yönəldilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır. Oturacaqların sayında da dəyişiklik olacaq. Atletika yarışlarında əlavə olaraq istifadə oluna bilən kamera platformaları azarkeş üçün oturacaqlarla əvəz edilir.