Türkiyədən qaçaqmalçılıqla gətirilən xəz kürklər saxlanıldı (FOTO/VIDEO)


Digərləri 04 Sen 2018 17:59:45 216 0

Türkiyədən qaçaqmalçılıqla gətirilən xəz kürklər saxlanıldı (FOTO/VIDEO)

Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bakı. Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xəz geyimlərinin Türkiyədən qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə hava nəqliyyatı vasitəsilə Bakı şəhərinə gətirilməsi haqqında əməliyyat məlumatı daxil olub.