Rəşad Sadıqov daha bir futbolçuya dəvət göndərdi


İdman 04 Sen 2018 17:44:00 245 0

Rəşad Sadıqov daha bir futbolçuya dəvət göndərdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir oyunçu dəvət olunub. Goal.az xəbər verir ki, "Sabah” klubunun üzvü Eltun Turabov da Rəşad Sadıqovun baş məşqçisi olduğu millinin hazırlıq prosesinə qoşulub.

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, saat 21:00-da “Dalğa Arena”da İsrail yığması ilə qarşılaşacaq.