Şok kadrlar: Yaponiyanı "Cebi" vurdu


Dünya 04 Sen 2018 17:32:00 267 0

Şok kadrlar: Yaponiyanı "Cebi" vurdu

Yaponiyanı ölkə tarixinin son 25 ilində ən güclü və dağıdıcı olan "Cebi" tayfunu vurub.

Son.az Kyodo-ya istinadən bildirir ki, təbii fəlakət nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Siqa prefekturasındakı Hikasiomi şəhərində ciddi dağıntılar var.

Kioto şəhərindəki dəmiryol vağzalına ciddi ziyan dəyib, Osaka şəhərindəki Kansay hava limanındakı uçuş-enmə zolaqları su altında qalıb.

Tayfunun vurduğu zonalarda küləyin sürəti 216 km/saat olub.