Məhkəmə prokurorluğun protestini rədd etdi,


Digərləri 04 Sen 2018 17:28:00 186 0

Məhkəmə prokurorluğun protestini rədd etdi,

Bakı Apellyasiya Məhkəməsində Binəqədidə piyadanın ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Ramiz Mirzalıyevin barəsində Binəqədi rayon Məhkəməsinin çıxardığı bəraət hökmündən verilən protestə baxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti araşdırılsa da, təmin edilməyib.

Məhkəmə birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb.

Xatırladaq ki, Binəqədi rayon Məhkəməsi piyadanın ölümündə sürücünün günahı təsdiqlənmədiyi üçün ona bəraət verib. Məhkəmə istintaqı zamanı məlum olub ki, R.Mirzaliyevin vurduğu piyada xəsarətdən ölməyib.

Yaralı Azərbaycanda bir müddət müalicə olunandan sonra Gürcüstana aparılıb.