Son 1000 ildə ilk dəfə:


Digərləri 04 Sen 2018 17:20:00 254 0

Son 1000 ildə ilk dəfə:

Norveçdə son 1000 ildə ilk dəfə əsl vikinq toyu olub. 36 yaşlı Run Dalset və 27 yaşlı Elizabet əcdadlarının adət-ənənəlrinə tam uyğun olan toy edərək münasibətlərini rəsmitləşdiriblər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Norveçdə 10-cu əsrdən bəri belə toy olmamışdı.

Run və Elizabet 18 aydan bəri qeyri-rəsmi nikahda idilər. Onların Raqnar adlı 6 aylıq oğulları da var.

Bu toyda kilsədə nikah, toy maşını, dəbdəbəli geyimdə qonaqlar, diskoteka olmayıb.

Bəylə gəlin toyun olduğu yerə, göl sahilinə iki kiçik drakkarda yan alıblar. Drakkarlar qədim vikinqlərin gəmiləri olub.

Nikah mərasimini "blottinq" əvəzləyib. Sunnmor şəhərində yaşayan bəylə gəlin toyda iki donuzu qurban kəsiblər, sonra donuzun qanını şaman onların alınlarına çəkib.