Yaponiyada tayfun nəticəsində üç nəfər ölüb - VİDEO


Dünya 04 Sen 2018 17:00:00 231 0

Yaponiyada tayfun nəticəsində üç nəfər ölüb - VİDEO

"Cebi" tayfunu son 25 ildə Yaponiyada qeydə alınan ən güclü tayfundur

Yaponiyada "Cebi" tayfunu səbəbindən üç nəfər ölüb, təxminən, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli mətbuat ölənlərlə bağlı məlumatların Osaka şəhərindəngəldiyini bildirib. Orada 110-dan çox insanın yaralandığı da gələn xəbərlər sırasındadır.

Vakayama prefekturasında 15, Kiotoda azı 11, Narada 5, Hyoqoda 9 nəfər yaralanıb.Osakada avtomobil hərracının dayanacağında yanğın çıxıb və təxminən, 100 avtomobil yanıb.

***12:35

Yaponiyanın Osaka şəhərindəki Kansay Beynəlxalq Hava Limanı son 25 ildə ölkədə qeydə alınan ən güclü tayfuna görəsu altında qalıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Cebi" tayfunu nəticəsində uçuş-enmə zolaqları, aeroportun dayanacağı, həmçinin terminalın yeraltı mərtəbəsi su altında qalıb. Hava limanı ərazisində küləyin sürəti saatda 209 km-ə çatır.

Güclü külək limanda lövbər salan tankeri Kansay hava limanının yerləşdiyi adanı quru ilə birləşdirin körpüyə çırpıb. Eyni zamanda, güclü külək Sikoku və Hönsü adaları arasındakı körpüdə hərəkət edən yük maşınını havaya uçurub, amma o, dənizə düşməyib və xəsarət alan olmayıb.

"Cebi" tayfununa görəYaponiyanın qərbində 700-dən çox aviareys ləğv edilib və qatarların hərəkəti dayandırılıb.