Ticarət nümayəndəsi: "Rusiya Azərbaycanla bütün əlaqələrin inkişafına maraqlıdır"


Digərləri 04 Sen 2018 16:52:00 280 0

Ticarət nümayəndəsi: "Rusiya Azərbaycanla bütün əlaqələrin inkişafına maraqlıdır"

"Rusiya ilə Azərbaycan arasında sazişlər zərfinin imzalanması iki ölkə arasındakı bütün əlaqələrin inkişafına əlavə təkan verəcək".

Son.az xəbər verir ki, bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev deyib.

Ticarət nümayəndəsinin sözlərinə görə, əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planına ticarətin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi vacib məsələlər üzrə yol xəritələri daxildir.

İki ölkə arasında iqtisadi münasibətlərin inkişafına toxunan E.Tlyabiçev qeyd edib ki, hazırda bu münasibətlər artan dinamika ilə inkişaf edir: