Pula görə uşağı qurban kəsmək istəyirlər


Digərləri 04 Sen 2018 16:32:00 188 0

Pula görə uşağı qurban kəsmək istəyirlər

Əlavə barmaqlarla doğulmuş uşaq ağlayır, "Məni öldürəcəklər!" deyir. Uşağın sözlərinə görə, qohumları onu qurban kəsmək istəyirlər.

Son.az İndia Today-ə istinadən bildirir ki, Hindistanın Uttar-Pradeş əyalətində yaşayan 7 yaşlı oğlanın ayaq və əl barmaqlarının sayı 24-dür.

Oğlanın valideynlərinin dediklərinə görə, qohumları uşağı qurban kəsmək istəyirlər.

"Tantrik qurunun yanına əlac üçün getmişdik. O isə söylədi ki, oğlumu qurban kəssək, yaxşı pul ala bilərik. Pul adı eşidən kimi qohumlarımız razılaşdılar. Biz isə qorxuruq. Qorxudan oğlumu məktəbə də yollaya bilmirik. Polisə şikayətlənmişik", - 7 yaşlı oğlanın anası deyib.