Prezident İlham Əliyev Balababa Rzayevi "Azərenerji" ASCnin prezidenti təyin edib


Siyasət 04 Sen 2018 16:21:00 257 0

Prezident İlham Əliyev Balababa Rzayevi "Azərenerji" ASCnin prezidenti təyin edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev B.H.Rzayevin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Balababa Hüseynağa oğlu Rzayev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev B.H.Rzayevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Balababa Hüseynağa oğlu Rzayev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilsin".