Ronaldonun illik gəliri bəzi klublardan çoxdur


İdman 04 Sen 2018 16:26:00 349 0

Ronaldonun illik gəliri bəzi klublardan çoxdur

Juventus-un ötən yay transfer etdiyi Kristiano Ronaldonun illik gəliri açıqlanıb.

Goal.az xəbər verir ki, Turin klubunda ilinə 31 milyon avro qazanan 33 yaşlı futbolçu A Seriyasında mübarizə aparan futbolçular arasında ən çox gəlirə malikdi.

 Portuqaliya yığmasının ulduz futbolcusunu Juventus-dan Milan-a keçən argentinalı hücumçu Qonsalo İquayn izləyir. O, ilinə 9,5 milyon avro qazanır. İlk üçlüyü “Yuventus”un digər yeni transferi Əmrə Can qapayır (5 milyon avro). Ronaldo illik gəliri ilə hətta A Seriyasının 10 klubunu da qabaqlayır. Belə ki, onun qazancı “Atalanta”, “Kalyari”, “Kyevo”, “Empoli”, “Frozinone”, “Cenoa”, “Parma”, “Sassuolo”, SPAL və “Udinese”də çıxış edən futbolçulara il ərzində ödəniləcək məbləğdən çoxdu.

 “Real”dan 100 milyon avroya alınan Ronaldo hələ ki, Turin klubunda qol hesabını aça bilməyib.