Sahibkar çay evində borc üstündə güllələndi


Digərləri 04 Sen 2018 15:45:00 256 0

Sahibkar çay evində borc üstündə güllələndi

Həmyerlisini borc üstündə güllələyən Ağsu rayon sakini Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum olunan Şirinov Vüqar Fərman oğlunun məhkəmə prosesinə hakim Əli Seyfəliyev sədrlik edəcək.

İttiham aktına görə, hadisə 2016-cı ilin martın 6-da axşam saatlarında rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən "MM" çay evində baş verib.

Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib. O, aldığı güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Məlumata görə, çay evinin sahibi M. Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib.

Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Martın 6-da M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb.