Nazirlik təbiətin mühafizəsinə qalxan uşaqları təqdir etdi


Digərləri 04 Sen 2018 15:35:00 239 0

Nazirlik təbiətin mühafizəsinə qalxan uşaqları təqdir etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağdaş rayonunun Gülbəndi kəndində kiçik yaşlı uşaqların yaşıllıqların mühafizəsinə, ağacların kəsilməməsinə, ətraf mühitin qorunmasına və təmiz saxlanılmasına yönələn sosial aksiyasını təqdir edir.

Nazirlikdən Son.az-a verilən məlumata görə, böyük ictimai maraqla qarşılanan belə maarifləndirici və örnək olan aksiyalar hər bir şəhərdə, rayonda və kənddə keçirilərsə ekoloji problemlər tədricən aradan qalxar.