ABŞ Dövlət Departamentinin nümayəndələri Bakıya gələcək


Digərləri 04 Sen 2018 15:26:30 244 0

ABŞ Dövlət Departamentinin nümayəndələri Bakıya gələcək

ABŞ Dövlət Departamentinin nümayəndələri Bakıya gələcək

Bakı. Hüseyn Vəliyev - Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Beynəlxalq Anlaşma üçün İşgüzar Şura (Business Council for International Understanding - BCIU) Bakıda rəqabətqabiliyyətlilik məsələləri üzrə forum (Azerbaijan Competitiveness Forum – ACF-2018) təşkil edəcək. Bu barədə Trend-ə "Azexport" portalının rəhbəri Zaur Qardaşov deyib. Onun sözlərinə görə, sentyabrın 6-7-də keçiriləcək foruma ABŞ-dan təqribən 20 şirkətin qatılacağı gözlənilir. Birləşmiş Ştatların nümayəndə heyətinə Dövlət Departamentinin iqtisadi məsələlər üzrə nümayəndələri də daxil olacaq: "ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına investisiya yatırmaqda maraqlıdırlar. Bu məsələlər ABŞ nümayəndələri ilə Azərbaycanın müxtəlif dövlət qurumlarının təmsilçiləri arasında müzakirələrin mövzusu olacaq". Z.Qardaşov vurğulayıb ki, BCIU təşkilatı Birləşmiş Ştatların sabiq prezidenti Devid Eyzenhauer tərəfindən təsis edilib və əsas məqsədi ABŞ şirkətlərinin xarici bazarlarda fəaliyyətinin genişləndirilməsidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin