Azərbaycan ilan zəhəri sata bilər - Artıq türk şirkəti ilə danışıqlara başlanılıb


Digərləri 04 Sen 2018 14:25:00 241 0

Azərbaycan ilan zəhəri sata bilər - Artıq türk şirkəti ilə danışıqlara başlanılıb

Sovet dövründən sonra – müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, ilan zəhərinin ixrac edilməsi üçün danışıqlara başlanılıb.

Bakı. İlhamə İsabalayeva – Sovet dövründən sonra – müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, ilan zəhərinin ixrac edilməsi üçün danışıqlara başlanılıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, hazırda Türkiyənin “Marmara trade” şikəti ilə Azərbaycanda sovet dövründən miras qalan gürzə ilanının zəhərinin ixracı üçün danışıqlar aparılır: “Hazırda yazışma mərhələsindəyik. Onlar sovet dövründən qalan zəhərin bir hissəsinin alınması üçün müraciət ediblər. Həmin zəhərin bir hissəsi onlar tərəfindən beynəlxalq laboratoriyada analizdən keçiriləcək və onun zəhərinin nə dərəcədə yararlı olması barədə dəqiq məlumat aldıqdan sonra danışıqların ikinci mərhələsinə başlanılacaq”. E.Yusifov qeyd edib ki, sovet dövründən Azərbaycana təxminən 20 kq ilan zəhəri miras qalıb. Bunu çox böyük rəqəm sayan institut direktoru bildirib ki, “Marmara trade” şikəti bu zəhərin 8-10 kq-nı almaq niyyətindədir.