Azərbaycan şərabları mükafata layiq görülüb (FOTO)


Digərləri 04 Sen 2018 14:13:00 273 0

Azərbaycan şərabları mükafata layiq görülüb (FOTO)

Azərbaycan şərabları Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən “6-cı Çin-Avrasiya” sərgisində mükafatlandırılıb.

Bakı. Azərbaycan şərabları Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən “6-cı Çin-Avrasiya” sərgisində mükafatlandırılıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın qabaqcıl şərab istehsalçıları dünyanın nüfuzlu şərab şirkətlərinin iştirakı ilə keçirilən “İnternational Wine Challenge” müsabiqəsi çərçivəsində “Şanxay Beynəlxalq Şərab Yarışı"nda iştirak ediblər.