Messi: “Barcelona-dan ayrılmaq fikrim yoxdur”


İdman 04 Sen 2018 13:00:00 233 0

Messi: “Barcelona-dan ayrılmaq fikrim yoxdur”

Barcelona-nın hücumçusu Leonel Messi gələcək həyatından danışıb.

Goal.az xəbər verir ki, Messi Barcelona şəhərində yaşamaqdan zövq aldığını deyib. “40 yaşıma qədər oynayacağam. Karyeramı başa çatdırdıqdan sonra nə edəcəyimi hələ bilmirəm. Yalnız futbol barədə düşünürəm. Yaşıl meydanlarda olmaq mənim həyatımın bir hissəsidir. Zamanı gələndə  futboldan gedəcəyəm. Bu, təbiidir. Sonra klub rəhbərliyi ilə birlikdə müzakirə aparacaq və mənim Barcelona-da nə iş görəcəyimə qərar verəcəyik. Doğma komandamda  qalmaq istəyirəm. Ailəmlə birlikdə burada yaşamaqdan zövq alıram”, - deyə argentinalı futbolçu bildirib.