Bakıda BMTnin Yay məktəbi açıldı FOTO


Digərləri 04 Sen 2018 13:21:00 237 0

Bakıda BMTnin Yay məktəbi açıldı  FOTO

Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə icra etdiyi "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması" layihəsi çərçivəsində Binəqədi Gənclər Evi sosial xidmət müəssəsində gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Yay məktəbi keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün Yay məktəbinin rəsmi açılış mərasimi baş tutub. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan gəncliyinin inkişafında BMT İP-in rolunu vurğulayıb.

İ.Babayev 2018-ci ilin may ayından etibarən daha iki il müddətinə davam etdirilməsinə qərar verilən "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması" layihəsinin əsas istiqamətlərinin Azərbaycan gəncliyinin inkişaf imkanlarının genişləndirilməsi üçün zəruri sahələri əhatə etdiyini qeyd edib.

Layihə çərçivəsində seçiləcək və elanı verilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə gənc səfirlər təşəbbüsünün əhəmiyyətindən bəhs edən nazir müavini, bu təşəbbüsün DİM-lərə nail olma istiqamətində gənclərin yaxından iştirakının təmin edilməsi üçün ən nümunəvi addımlardan biri olduğunu bildirib.


Xəbərə aid fotolar