Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açacaq


Kriminal 04 Sen 2018 13:25:00 237 0

Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü sentyabrın 15-də "Qarabağnamə" tamaşası ilə açacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, milli teatr ənənəvi olaraq mövsümü "Qarabağnamə" tamaşası ilə açır və bağlayır. Bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.