Müəllimə hədiyyə verilməlidir?


Digərləri 04 Sen 2018 13:12:29 374 0

Müəllimə hədiyyə verilməlidir?

Azərbaycanda orta məktəblərdə dərs ilinin başlanmasına çox qalmayıb. Yeni dərs ili müəllimlər üçün alınan çiçəklər, sonra isə müxtəlif dərsliklər, dəftərlər və qələmlərlə yanaşı, bir para xərclərdir ki, bu barədə çox yazılıb, deyilib.

Bəs "Firəngistan"da, Fransa və Almaniyada necədir vəziyyət?

Fransada müəllimlərə hər hansı formada hədiyyə verilməsi qəti qadağandır.

Almaniyada isə vəziyyət bir qədər fərqlidi. Müəllimlərə dəyəri baha olmayan, kiçik hədiyyə və ya çiçək vermək olar, amma ehtiyatla.

Məsələn, Almaniyanın paytaxtı Berlinin Fridrixshan rayonundak məktəblə bağlı qalmaqal hələ unudulmayıb. Həmin məktəbin 10-cu siniflərindən birinin şagirdlərinin valideynləri fizika müəliminə kiçik hədiyyə etmək qərarına gəlmişdilər. Hər ailə 15 avro verib, sonucda 190 avroluq kiçik heykəlcik və 20 avroluq çiçək dəstəsi alınıb.

Media bundan xəbər tutanda aləm qarışıb. Müəllim hədiyyələri qaytarmaqla yanaşı, belə "biabırçı addım atdığı" üçün cərimələnib: o, 4 min avro cərimə ödəyib.

Almaniya qanunvericiliyinə görə, bütün büdcə təşkilatlarının işçiləri kimi, müəllimlər də dəyəri 10 avrodan artıq olan hədiyyəni qəbul edə bilməzlər.

Fəqət, federativ ölkə olan Almaniyada hər əyalətin öz qanunları, fərqli normaları var.


Xəbərə aid fotolar