Din xadimlərinə ayrılan maddi yardımlardan verginin tutulması dayandırıldı


Digərləri 04 Sen 2018 12:39:05 228 0

Din xadimlərinə ayrılan maddi yardımlardan verginin tutulması dayandırıldı

Sentyabrın 1-dən din xadimlərinə dövlət tərəfindən verilən maddi yardımlara sosial və vergi tutmalarının tətbiqi dayandırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlaması münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda Prezidentin Ehtiyat Fondu hesabına 1060-dan çox din xadimi müxtəlif formada maddi yardımlar alır:

"Bu yardımlara müəyyən sosial və vergi tutmaları tətbiq edilir. Prezident bunu bildikdə onların dayandırılması haqqında tapşırıq verdi. Sentyabrın 1-dən xadimlərimiz maddi yardımı vergisiz, yəni yazıldığı qədər alacaqlar".