KXDRin nüvə proqramının yaradıcısı vəfat etdi


Dünya 04 Sen 2018 12:40:00 229 0

KXDRin nüvə proqramının yaradıcısı vəfat etdi

Koreya Xalq Demokratik Respublikasında (KXDR) akademik Çju Gyu Çhan vəfat edib.

Son.az report-a istinadən xəbər verir ki, alim Şimali Koreyanın keçmiş müdafiə naziri və nüvə silahları və raketlərinin hazırlanması sahəsinə məsul şəxs olub.

Onun ölüm səbəbi sitopeniya - qan hüceyrələrinin bir və ya daha çox növünün çatışmazlığı olub.