Bakıdakı təhsil mərkəzində meyit tapılıb


Sosial 04 Sen 2018 11:48:58 200 0

Bakıdakı təhsil mərkəzində meyit tapılıb

Ölümün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır

Bakıdakı təhsil mərkəzində ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Xətai rayonunda yerləşən Xabad-Or-Avner təhsil mərkəzində qeydə alınıb.

Məktəbin mühafizəçisi 1968-ci il təvəllüdlü Baloğlan Muradzadənin meyiti məktəbin sanitar qovşağında aşkar edilib.

Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.

Qeyd edək ki, Xabad-Or-Avner təhsil mərkəzində yəhudi uşaqlar təhsil alır.