Bakıda avtobus sürücüsü qəza törətdi,


Digərləri 04 Sen 2018 11:55:00 237 0

Bakıda avtobus sürücüsü qəza törətdi,

Bakıda marşrut avtobusunda sürücünün ehtiyatsızlığı qəza ilə nəticələnib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

3 saylı müntəzəm xətt marşrutu ilə hərəkət edən 99-JH-107 dövlət nömrə nişanlı avtobus hərəkətdə olarkən qəfil əyləcdən istifadə edib. Nəticədə avrobusda olan sərnişinlər avtobusun salonuna yıxılıblar.

Hadisə nəticəsində avtobusda olan orta yaşlı bir qadın yaralanıb. Qadın sərnişinlərin köməyi ilə xəstəxanaya aparılıb.


Xəbərə aid fotolar