Müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq


Digərləri 04 Sen 2018 11:41:00 236 0

Müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq

8-9 sentyabr tarixlərində 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu aparılacaq.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, bu ilin sentyabrından etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Müvafiq prosesdə iştirak etmək üçün müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Bu tura həmçinin ötənilki müsabiqədə iştirak etmiş namizədlər də qatıla bilər. Onlar miq.edu.az saytı vasitəsilə yenidən qeydiyyatdan keçdikdən sonra vakant yeri seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçmək hüququna malikdirlər.