"Məhərrəm ayında təxribata cəhd edənlər xaricdən tapşırıq alan qruplardır"


Digərləri 04 Sen 2018 11:29:45 235 0

"Məhərrəm ayında təxribata cəhd edənlər xaricdən tapşırıq alan qruplardır"

Bəzən Məhərrəm ayı ilə bağlı sünni və şiələr arasında müəyyən fikir ayrılıqları yaratmaq istəyir və təxribata cəhd göstərirlər. Lakin Azərbaycan cəmiyyəti və Azərbaycan xalqı sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Məhərrəm ayında belə təxribata cəhd edənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir. Bu da, əlbəttə, xaricdən tapşırıq alan və maliyyələşən bəzi qrupların atdığı addımlardır.

A.Paşazadə əlavə edib ki, Azərbaycanda dindarlarla dövlət arasında vəhdət və bir körpü yaranıb:

"Bu körpü daha da möhkəmlənir. Dindarlarla dövlət vəhdəti yüksək səviyyədə qurulub. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır. Bu gün məscidlərin tikilməsi dinə, Allaha olan inamdan gəlir. Bu gün din sahəsində çalışanlara dövlət maddi dəstək verir, biz də bu inamı doğrultmalıyıq".