Bakıda qatar 89 yaşlı kişini vuraraq öldürüb


Sosial 04 Sen 2018 10:46:05 241 0

Bakıda qatar 89 yaşlı kişini vuraraq öldürüb

Faktla bağlı araşdırma aparılır

Bakıda qatar 89 yaşlı kişini vuraraq öldürüb.

“Report”un xəbərinə görə, Biləcəridən Keşlə istiqamətində hərəkətdə olan yük qatarı Binəqədi rayonu ərazisində dəmiryolu xəttinin üzərində olan 1929-cu il təvəllüdlü Allahverdi Hüseynovu vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.