Bakının bu əraziləri qazsız qalacaq


Digərləri 04 Sen 2018 09:12:00 243 0

Bakının bu əraziləri qazsız qalacaq

Bu gün səhərdən paytaxtın bir sıra hissələrinə qaz fasilələrlə veriləcək.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, "Qaz İxrac" İdarəsinin balansında olan diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması, müvəqqəti halqanın ləğv edilməsi ilə bağlı, saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Sulutəpə", "Alatava", "Xocasən" Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları" və "Elit Yatırım" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Zəruri təmir işləri ilə əlaqədar, Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işlərinin Yasamal və Nərimanov rayonlarının, həmçinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.