Gəncədə yaşayış binasında yanğın:


Digərləri 04 Sen 2018 08:38:00 227 0

Gəncədə yaşayış binasında yanğın:

Gəncədə yaşayış binasında yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə və 5-ci mərtəbədə ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə, 1 otağın qapısı və pəncərə çərçivəsi yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb​