Bu qidalar xərçəngin qarşısını alır


Digərləri 04 Sen 2018 08:21:00 202 0

Bu qidalar xərçəngin qarşısını alır

Dövrümüzün ən təhlükəli xəstəliklərindən biri də xərçəngdir. Bir çox xəstəliklərdə olduğu kimi xərçəngdən də qorunmaq üçün sağlam və faydalı qidalarla qidalanmaq lazımdır.

Son.az xərçənglə mübarizə aparan qidaların adlarını açıqlayır.

Antixərçəng xüsusiyyəti olan sarımsaq güclü immunitet dəstəkləyicisidir. Həftədə 2-3 ədəd çiy sarımsaq yeyin.

Bir çox insanların sevərək yediyi nar, gilas, çiyələk kimi qırmızı meyvələr tərkibində olan eklafik asitlə bədəndə xərçəng hüceyrələrinin artmasını əngəlləyir. Kirli hava şəraitində yaşayan və siqaret çəkənlər hər gün qırımızı meyvə yeməlidir.

Pomidorun tərkibində olan laykopenin prostat xərçənginə qarşı əngəlləyici təsirinin olduğu deyilir. Antioksidan təsirli pomidor immuniteti gücləndirir.

Brokoli tərkibindəki qlutamin sayəsində xüsusən mədə xərçənginə qarşı qoruyur.