Bakıda 8 yaşlı uşağı maşın vurub


Digərləri 04 Sen 2018 08:02:00 225 0

Bakıda 8 yaşlı uşağı maşın vurub

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 2010-cu il təvəllüdlü Musayev Seymur Əmirdon oğlunu Zabrat qəsəbəsində minik avtomobili vurub.

Yaralı ağır xəsarət alıb və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin orada vəziyyəti ağırlaşan uşaq özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.