Çin Afrikaya 60 milyard dollar yardım ayıracaq


Digərləri 04 Sen 2018 07:54:00 290 0

Çin Afrikaya 60 milyard dollar yardım ayıracaq

Çin sədri Si Szinpin bildirib ki, Pekin Afrikaya maliyyə yardımı qismində 60 milyard dollar vəsait ayıracaq.

Son.az "Report"a istinadən bildirir ki, o bunu FOCAC-2018 forumunun açılış mərasimində deyib.

Bildirilir ki, bu məbləğin 15 mlrd. dolları əvəzsiz yardıma, 20 mlrd. dolları isə faizsiz borca yönləndiriləcək. Bununla yanaşı, Si Szinpin 10 mlrd. dollar məbləğində inkişaf layihələrinin kreditləşdirilməsi fondunun yaradıldığını bildirib.