Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin yeni tərkibi təsdiq edilib


Digərləri 04 Sen 2018 07:01:00 370 0

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin yeni tərkibi təsdiq edilib

Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişikliklər edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri