"Art Tower" qalereyasında “START” layihəsi davam edir


Digərləri 04 Sen 2018 00:16:32 258 0

"Art Tower" qalereyasında “START” layihəsi davam edir

Sentyabrın 11-də Art Tower qalereyasında sərgi təşkil ediləcək.

Bakı. Sentyabrın 11-də "Art Tower" qalereyasında "Arts Council Azerbaijan" Qeyri-Hökumət Təşkilatının “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə sərgi təşkil ediləcək. Trend-in məlumatına görə, layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri sərgilənəcək. “Arts Council Azerbaijan”ın bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıtdırmaqdır.