Xərçəng xəstəliyinin diaqnozu daha asanlaşıb


Digərləri 03 Sen 2018 23:55:00 271 0

Xərçəng xəstəliyinin diaqnozu daha asanlaşıb

Sinxua agentliyinin məlumatına görə, Nyu-York Universitetinin əməkdaşları xərçəng xəstəliyi diaqnozunun qoyulması üçün qızılla örtülmüş hissəciklərdən istifadə etmək təklifini irəli sürüblər. Bu, sadə və effektiv üsuldur. Bu hissəciklər sayəsində şişlər və metastazlarla əlaqəli matris ribonuklein turşusunun ən zəif dozasını da aşkar etmək mümkün olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni üsul tətbiq olunarkən analiz üçün barmaqdan alınan bir damcı qan kifayət edəcək. Analizin aparılması cəmi 30 dəqiqə vaxt aparır. Müqayisə üçün qeyd edilir ki, standart analizə təxminən 12 saat tələb olunur. Analizin effektivliyini artırmaq məqsədilə alimlər matris ribonuklein turşusunun cəzb edilməsi üçün maqnit təklif edirlər.