Yaponiya hökuməti Rusiya ilə ərazi mübahisəsinin hər iki tərəf üçün məqbul həll variantını axtarır
Dünya 03 Sen 2018 23:42:00 256 0
Yaponiya hökuməti Rusiya ilə ərazi mübahisəsini həll etməyə çalışır və hər iki tərəf üçün məqbul əsaslarla sülh müqaviləsini imzalamaq niyyətindədir.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Tokioda keçirilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.
"Biz ərazi mübahisəsinin həllinə çalışırıq, həmçinin Yaponiya və Rusiya üçün məqbul variant çərçivəsində gələcəyə istiqamətlənmiş sülh müqaviləsini imzalamaq niyyətindəyik", -deyə baş katib bildirib.
Mənbə: milli.az