Yaponiyada sosial ehtiyaclar üçün məsrəflər rekord həddə çatıb


Dünya 03 Sen 2018 23:15:00 314 0

Yaponiyada sosial ehtiyaclar üçün məsrəflər rekord həddə çatıb

Yaponiyada əhalinin qocalması səbəbindən sosial ehtiyaclar üçün məsrəflər növbəti dəfə rekord həddə çataraq, bir trilyon dolları ötüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən maliyyə ilində sosial ehtiyaclar üçün məsrəflər 117 trilyon yen və ya təqribən 1 trilyon 54 milyard dollar təşkil edib. Bu, əvvəlki illə müqayisədə 1,3 faiz çoxdur.

Hesabat dövründə pensiya ödəmələri 490 milyard dollar, tibbi xidmət üçün xərclər isə 346 milyard dollar təşkil edib.