Hər gün alma yemək üçün


Digərləri 03 Sen 2018 23:03:00 281 0

Hər gün alma yemək üçün

Alma ən faydalı meyvələrdən biri sayılır. İngilislər deyir ki, hər gün 1 alma yeyən insanın həkimi işsiz qalacaq.

Almanın orqanizmə olan faydasını tibb də təsdiq edir. Kardioloqlar israrla xəstələrinə hər gün bir neçə alma yeməyi tövsiyə edirlər. Son.az saglamolun.az-a istinadən almanın sağlamlıq üçün faydalarını təqdim edir:

1. Kalium və dəmirlə zəngin olan alma insanın ürək-damar sistemi üçün olduqca xeyirlidir. Ürək-damar sistemi xəstəliklərin profilaktikası üçün hər gün bir neçə alma yemək lazımdır.

2. Dünya onkoloqları sübut edir ki, almanın daim qəbulu insanı xərçəng xəstəliklərindən qoruya bilər.

3. Sellülozla (təbii liflər) zəngin olan alma bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün səhər tezdən alma yeməlidir. Bu bağırsaqları "oyadacaq" və gün ərzində daha yaxşı işləməyə kömək edəcək.

4. Almada olan sellüloz orqanizmi toksinlər, şlaklar və digər ziyanlı maddələrdən təmizləyir.

5. Alma böyrəklər üçün də çox faydalıdır. Böyrəklərin sağlamlığını qorumaq üçün alma çayını için.

6. Alma dişlər və damaqlar üçün də çox xeyirlidir. Alma damaqların qan dövranını yaxşılaşdırır, dişləri isə onlara yapışmış qida qalıqlarından təmizləyir. Əgər qida qəbulundan dərhal sonra siz dişlərinizi təmizləyə bilmirsinizsə, alma yeyin.