Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib


Digərləri 03 Sen 2018 22:31:43 263 0

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd edilməsi ilə bağlı bu il iyulun 9-da imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Tədbirin rejissoru Xalq artisti Vaqif Əsədovdur.