Sürücü yol polisinə sənəd təqdim etməlidirmi? VİDEO


Digərləri 03 Sen 2018 22:08:00 256 0

Sürücü yol polisinə sənəd təqdim etməlidirmi?  VİDEO

Yol polisi avtomobili saxlayır, amma sürücü sənədlərini təqdim etmir. Son.az bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, son zamanlar belə sürücülərin sayında artım müşahidə edilir. Belə ki, sürücü ''get özün yoxla'' deməklə polisin işini çətinləşdirdiyini düşünür. Amma əslində bunu etmək qadağandır.

Vaqif Əsədovun sözlərinə görə, əslində yol polisi əlində olan avadanlıqlarla sürücünün sənədlərinin olub-olmadığına baxa bilər. Amma tələb edildiyi təqdirdə sənədlərin qəsdən təqdim edilməməsi polisə tabesizlik kimi qiymətləndirilə bilər ki, bunun da kifayət qədər ağır cəzası var.