Argentinada iqtisadi böhran səbəbindən nazirliklər azaldılır


Dünya 03 Sen 2018 21:54:00 258 0

Argentinada iqtisadi böhran səbəbindən nazirliklər azaldılır

Argentina prezidenti Maurisio Makri bildirib ki, ölkədə ağır iqtisadi vəziyyət səbəbindən nazirliklərin sayı azaldılacaq.

Son.az "report"-a istinadən bildirir ki, ölkə hökuməti həmçinin iqtisadi böhranın öhdəsindən gəlmək üçün yeni vergilər tətbiq edəcək və əhalinin ən yoxsul təbəqəsinə maliyyə yardımı göstərəcək.