Avropada ilk sualtı restoran açılacaq FOTO


Digərləri 03 Sen 2018 21:45:00 235 0

Avropada ilk sualtı restoran açılacaq  FOTO

Avropanın ilk sualtı restoranı fəaliyyətə başlayacaq.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, "Under" adlı restoran Norveçdə inşa edilir. Layihə 2019-cu ilin əvvəlində başa çatacaq.

Restoran Norveçin Bali kəndində qurulur. Obyekt həm restoran kimi, həm də dəniz həyatının incələndiyi bir araşdırma mərkəzi kimi fəaliyyət göstərəcək. Tikinti ilə məşğul olan "Snohetta" şirkəti Misirdəki İskəndəriyyə kitabxanası və Norveç Milli Opera və Balet binasını inşa edib. Bir qaya parçasından inşa edilən restoranın xarici divarları 1 metr qalınlığındadır. Bunun sayəsində dənizdəki molyusklar divara yapışa biləcək. Restoran dəniz səviyyəsindən beş metr aşağıda inşa edilir.


Xəbərə aid fotolar