Ünvanlı sosial yardım almaq xeyli asanlaşacaq VİDEO


Digərləri 03 Sen 2018 21:30:00 206 0

Ünvanlı sosial yardım almaq xeyli asanlaşacaq  VİDEO

Ünvanlı sosial yardım almaq xeyli asanlaşacaq. Vətəndaşın sənəd üçün bir neçə quruma müraciət etməsinə ehtiyac qalmaycaq. Bütün sənədlər vahid elektorn sistemdə toplanacaq.

Son.az bildirir ki, bununla bağlı Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi qısamüddətli və ortamüddətli addımlar müəyyənləşdirilib. Tələb olunan məlumatların minimuma endirilməsi üçün 10 dövlət qurumuna mövcud elektron-məlumat bazalarından istifadə etmək üçün müraciətlər ünvanlanıb.

Bundan başqa, müraciətlərin doldurulması qaydaları da sadələşdiriləcək. Nazirliyin sosial təminat siyasət şöbəsinin sektor müdiri Babək Hüseynov bildirib ki, bütün bunlar vətəndaş məmmunluğunu artıracaq.

Bununla belə, ünvanlı sosial yardım alanlar xüsusi bir kateqoriya kimi özünəməşğulluq proqramlarına cəlb edilə bilər.